Müəllif - Fərid İslamov - Banco.az
Böyük Britaniyada fevral ayında minik və kommersiya avtomobillərinin istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 11,6% azalaraq 82,178 min ədədə düşüb. Bu məlumatları Avtomobil İstehsalçıları və Satıcıları Cəmiyyəti (SMMT) təqdim edib.
Azalma artıq ardıcıl olaraq on ikinci ay davam edir.
Daxili bazar üçün 18,401 min avtomobil istehsal olunub ki, bu da 22,3% azalmadır. İxrac üçün avtomobil istehsalı isə 8% azalaraq 63,777 min ədəd təşkil edib.
Beləliklə, Böyük Britaniyada istehsal edilən avtomobillərin 77,6%-i ixrac edilib.
Avropa İttifaqı ölkələri Britaniya avtomobillərinin əsas ixrac məkanı olaraq qalıb (ixracın 53,5%-i). İkinci yerdə ABŞ (19,7%), üçüncü yerdə isə Çin (6,3%) qərarlaşıb.
Avropa İttifaqı və Çinə tədarüklər müvafiq olaraq 9,6% və 10,9% azalıb, lakin ABŞ-a tədarüklər 34,6% artıb.
Ötən ay Böyük Britaniyada 27,398 min elektrik avtomobili və hibrid istehsal olunub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 5,6% azalma deməkdir.