Böyük Britaniya texniki tənəzzülə daxil olub | Banco.az

Böyük Britaniya texniki tənəzzülə daxil olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniya ilin son rübündə gözləniləndən daha çox daralıb.

Banco.az xəbər verir ki, Böyük Britaniya iqtisadiyyatı 2023-cü ilin dördüncü rübündə ötən rübə nəzərən 0,3 faiz daralıb. 

“Bloomberg” nəşrinin sorğusunda orta proqnoz 0,1 faiz azalma istiqamətində idi. 

Qeyd edək ki, açıqlanan göstəricilər Böyük Britaniya iqtisadiyyatının 2023-cü ilin ikinci yarısında texniki tənəzzül yaşadığını müəyyən edib.

Ölkə iqtisadiyyatı ilin son rübündə illik əsasda isə 0,2 faiz kiçilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə Britaniyada fərdi istehlak rüblük əsasda 0,1 faiz, dövlət xərcləri isə 0,3 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram