Müəllif - Fərid İslamov - Banco.az
Böyük Britaniya hökuməti NatWest bankındakı (əvvəlki adı ilə Royal Bank of Scotland) payını azaltmağa davam edir və indi bu pay 4%-dən aşağı düşüb.
Britaniya Maliyyə Nazirliyinin məlumatına görə, hökumət NatWest-in 69,9 milyon səhmini sataraq, payını 4,82%-dən 3,95%-ə qədər azaldıb.
İndi dövlətdən NatWest-də 318,7 milyon səhmi var ki, onların dəyəri bazar ertəsi günü ticarətin bağlanma qiymətlərinə əsasən 1,47 milyard funt sterlinqə (1,9 milyard ABŞ dolları) bərabərdir.
Son 12 ay ərzində NatWest-in kapitalizasiyası 77% artaraq 37,3 milyard funt sterlinqə çatıb, halbuki FTSE 100 indeksi cəmi 10%-dən az yüksəlib.
Royal Bank of Scotland, ölkənin ən böyük banklarından biri, 2008-ci ildəki maliyyə böhranından sonra milliləşdirilmişdi. Banka vergi ödəyicilərinin hesabına göstərilən maliyyə yardımı, onun səhmlərinin 81%-i əvəzində 45,5 milyard funt sterlinq təşkil etmişdi.
Daha sonra Böyük Britaniya hökuməti adından banka məxsus səhm paketini idarə edən U.K. Government Investments Ltd. (UKGI) onun həcmini tədricən azaltmağa başladı. Planlaşdırılır ki, UKGI səhm satışını 2025-2026-cı illərdə tamamlayacaq.