Araşdırma: Gülnar Ahmadli, Banco.az
Banco.az bu məqalədə regionlarda fəaliyyət göstərən otellərin qiymətlərini araşdırıb. Cədvəldə qeyd olunan qiymətlər 1 gecə üçün 2 nəfərlik standart otaqların başlanğıc qiymətləridir. Qiymətlər səhər yeməyi, axşam yeməyi, hotel daxili bəzi xidmətlərin olub-olmamasından asılı olaraq dəyişir. Demək olar ki, otellərin böyük bir qismində səhər yeməyi qiymətə daxildir. Qiymətlərə təsir edən digər bir amil isə otelin doluluq səviyyəsidir.
Aşağıdakı siyahıdan otellər və onların qiymətləri ilə bağlı daha ətraflı məlumat ala bilərsiniz. Qeyd edək ki, siyahıda 5 ulduzlu otellər qeyd edilməyib.
Siyahımızda qeyd edilən ən ucuz otelin qiyməti 60 manatdır. Hazırda regionlarda istənilən büdcəyə uyğun otel tapmaq mümkündür. Lakin daha keyfiyyətli xidmət üçün nisbətən yüksək qiymətlər təklif edilir. Ötən illə müqayisədə bu il region otellərində qiymətlərində ciddi artım müşahidə olunmur. Hətta bəzi bölgələrdə qiymətlərdə 20-30 manat azalma var. Bir neçə oteldə isə doluluqdan asılı olaraq qiymətlərdə artım var. Cədvəldə əsasən yay mövsümü ilə əlaqədar olaraq daha çox üz tutulan (Şəki, Qəbələ, Lənkəran, Quba, Naftalan, Nabran, İsmayıllı) rayonlarda fəaliyyət göstərən otellər qeyd edilib. Ən yüksək qiymət Hill Park, Nohur Hotel, Maricel Astara Resort, El Resort Qakh Hotel, Gashalti Health Hotel, River Inn Resort & Spa, Garabagh Resort & Spa-dadır.
Ətraflı məlumat infoqrafikdə:
Bizi sosial şəbəkələrdən izləyin!!