"Boeing" işçilərinin 10 faizini ixtisar edəcək | Banco.az

"Boeing" işçilərinin 10 faizini ixtisar edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-nin aviasiya, kosmik və hərbi texnika istehsalında ixtisaslaşan “Boeing” korporasiyası biznesdəki çətinliklər səbəbindən işçi qüvvəsinin təxminən 10 %-ni ixtisar etmək qərarına gəlib.

Banco.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

“Növbəti aylarda ümumi işçi qüvvəmizi təxminən 10 % azaltmağı planlaşdırırıq. Bu ixtisarlar rəhbərlərə, menecerlərə və işçilərə təsir edəcək”, – deyə şirkətin icraçı direktoru və prezidenti Kelli Ortberq bildirib.

O, şirkətin çətin vəziyyətdə olduğunu və maliyyə reallığına uyğun işçi qüvvəsi səviyyəsini tənzimləməli olduğunu qeyd edib. Ortberq həmçinin “777X” və “767 Freighter” proqramı təyyarələrinin istehsalında gecikmələr barədə açıqlama verib.

“Biznesimizin vəziyyəti və gələcək bərpamız sərt tədbirlər tələb edir”, – şirkətin prezidenti vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et