"Boeing" Çinə 500-ə qədər təyyarə satmağı planlaşdırır | Banco.az

"Boeing" Çinə 500-ə qədər təyyarə satmağı planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Boeing”in Çinlə 500-ə qədər təyyarə satışı ilə bağlı razılaşmaya yaxın olduğu bildirilir.

Banco.az xəbər verir ki, “Bloomberg”ə danışan mənbələrin sözlərinə görə, tərəflər hələ də təyyarələrin modelləri, ümumi sifariş miqdarı və təhvil-təslim cədvəli kimi nüansların üzərində işləyirlər.

Bu nəhəng satışın iki ölkə arasında Trampın ilk prezidentlik dövründən bəri davam edən gərginliklərlə bağlı olduğu və həmin gərginliklər səbəbindən baş tutmaya biləcəyi də ehtimallar arasındadır.

Çinli rəsmilərin ehtiyac duyulacaq təyyarələrin sayını müəyyənləşdirmək üçün yerli aviaşirkətlərlə danışıqlara başladıqları bildirilir. Planlaşdırılan bu əməliyyat miqyas baxımından Çinin Airbus SE ilə razılaşdırdığı, lakin hələ ictimaiyyətə açıqlanmayan 500 təyyarəlik sifarişi də əhatə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram