BMT inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını açıqladı | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

BMT inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını açıqladı

İnkişaf etməkdə olan ölkələrin koronavirusun (COVİD-19) səbəb olduğu iqtisadi böhranla mübarizə aparması üçün 2,5 trilyon ABŞ dolları dəyərində dəstək paketinə ehtiyac var.

Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransı (UNCTAD) hesabatında açıqlayıb.

Hesabata görə, analoji ölkələrə 1 trilyon ABŞ dollarlıq likvidlik vermək, 1 trilyon ABŞ dollarlıq borcunu silmək və səhiyyə xidmətinin yaxşılaşdırılması üçün 500 milyard ABŞ dollarlıq yardım paketini özündə birləşdirən "Marshall Planı" hazırlamaq lazımdır.

"G20 liderləri qlobal həmrəylik göstərib, öhdəliklərinə sadiq qalaraq, G20-yə daxil olmayan iqtisadiyyatlarda yaşayan 6 milyard insan üçün mütənasib tədbirlər görməlidir", - UNCTAD direktoru Riçard Kozul-Vrayt açıqlayıb.

Report