Müəllif:Mehin Qasımova,Banco.az
Bitkoinin qiyməti ticarət zamanı rekord səviyyəyə çataraq 112.000 dollara yüksəlib.
Banco.az xəbər verir ki, bu Binance platformasının məlumatlarında öz əksini tapıb.
Bitkoin sonuncu dəfə 22 may 2025-ci ildə 111 980 dollara çatmışdı.
Bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və istənilən istifadəçi - sistemin iştirakçısı tərəfindən “minalana” (verilə bilər). Bunun üçün sistemin yeni bloklarını yaratmalısınız.
Konsepsiya 2008-ci ilin noyabrında Satoshi Nakamoto təxəllüsü ilə müəllifi (və ya bəlkə də bir qrup müəllif) tərəfindən nəşr edilmişdir. Bitkoin yalnız son illərdə populyarlıq zirvəsinə çatmışdır. Bitkoin emissiyası təbii olaraq məhduddur və əksər bitkoinlər artıq “minalanmış”.