Bitkoinin qiyməti 97 min dollardan aşağı düşüb | Banco.az

Bitkoinin qiyməti 97 min dollardan aşağı düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ticarət müharibəsi investorları riskli aktivlərdən uzaqlaşdırdığı üçün kriptovalyutalar ucuzlaşıb.

Banco.az xəbər verir ki, bitkoin bazar ertəsi səhər Asiyada 4 faizdən çox ucuzlaşaraq təxminən 96.606 dollar səviyyəsinə geriləyib və son üç həftənin ən aşağı səviyyəsinə enib. 

Daha kiçik kriptovalyuta olan ether isə təxminən 12 faiz ucuzlaşaraq noyabr ayının əvvəlində müşahidə olunan səviyyələrə geri qayıdıb.

Həftəsonu ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamından etibarən Meksika və Kanadadan idxal olunan məhsulların əksəriyyətinə 25 faiz, Çindən gələn mallara isə 10 faiz gömrük rüsumu tətbiq edib.

İnvestorlar hesab edirlər ki, gömrük rüsumları iqtisadi artıma və şirkətlərin mənfəətinə mənfi təsir göstərə bilər.

Eyni zamanda, Trampın seçilməsindən sonra baş verən güclü artımdan sonra kriptovalyutalar üzərində eniş təzyiqi də artır. Bəzi investorlar Trampın vəzifəyə başladığı gündən bəri kriptovalyutaları canlandırmaq və ya tənzimləmələri yüngülləşdirmək üçün təcili addım atılmamasından məyus olublar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram