Bitkoinin qiyməti ticarət sessiyası zamanı 10% ucuzlaşaraq 83 598 dollar təşkil edib.
Banco.az xəbər verir ki, bu Binance platformasının məlumatlarında öz əksini tapıb.
Bitcoin-in dəyərinin azalmasının mümkün səbəbi ABŞ prezidenti Donald Trampın süni intellekt və kriptovalyuta sahəsində siyasətə məsul təyin etdiyi investor Devid Saksın sözləri ola bilər. Saks ABŞ Demokrat Partiyasını Ukrayna münaqişəsinin maliyyələşdirilməsinə milyardlarla dollar xərcləməkdə davam etməkdə ittiham edib, baxmayaraq ki, bu, Vaşinqtonun maraqlarına cavab vermir.
Eyni zamanda, 2 mart 2025-ci ildə Trampın milli kriptovalyuta ehtiyatının yaradılması ilə bağlı bəyanatları fonunda Bitcoin-in dəyəri 10%-dən çox artaraq 93 min dolları keçib.