Müəllif:Mehin Qasımova,Banco.az
Kriptovalyuta bazarında satış təzyiqi davam edir.
Banco.az xəbər verir ki, Bitkoin 24 saat ərzində 8,12%, bir ay ərzində isə 30%-dən çox dəyər itirib.
İnvesting.com-un məlumatına görə, ticarət zamanı qiymət 65 000 dollardan aşağı düşüb.
Kriptovalyuta artıq 2025-ci il rekord həddinin təxminən yarısını itirib və ABŞ-da kriptovalyuta dostu prezident Donald Trampın ikinci müddətində əldə edilən bütün qazancları aradan qaldırıb.
Bloomberg hesab edir ki, eniş bazardakı gərginlik və geosiyasi risklərlə bağlıdır. Lakin qeyri-adi hal odur ki, Bitkoin rəqib spekulyativ aktivlərin — qızıl, gümüş və onların törəmələrinin azalması ilə birlikdə yüksəlməyib.
Ergonia şirkətinin biznesin inkişafı üzrə rəhbəri Kris Nyuhaus Bloomberg-ə açıqlamasında bildirib:
"Bazardakı qorxu və qeyri-müəyyənlik hiss olunur. Satışda fəal iştirak etmək istəyən özünəinamlı alıcılar olmadan, ETF-lərin çıxarılması və ləğv edilməsinin hər dalğası kaskad effekti verəcək".
