Bitkoin kəskin ucuzlaşdı | Banco.az

Bitkoin kəskin ucuzlaşdı

Müəllif:Mehin Qasımova/Banco.az

Bitkoin 3,5 ayın ən aşağı səviyyəsinə düşüb.

Banco.az xəbər verir ki, Bitkoin 2025-ci il yanvarın 20-də, ABŞ prezidenti Donald Trampın andiçmə mərasimində əldə etdiyi 109 241 dollarlıq rekord həddən 25 faizdən çox geriləyərək böyük enişlə üzləşib.

Məlumata görə, bitkoin 82 220 dollara ticarət edilib və 11 noyabr 2024-cü ildən bəri ən aşağı səviyyəyə çatıb.

Ether, Solana və XRP kimi əsas kriptovalyutalar da əhəmiyyətli itkilərə məruz qalıb. Ether-ə 1,5 milyard dollar dəyərində kiberhücum enişi şərtləndirən əsas amil olub. Bu azalmaya həm də prezident Trampın sərt siyasət mövqeyi və ABŞ iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənliklər səbəbindən investorların artan narahatlığı səbəb olub. Xüsusən də administrasiyanın son vaxtlar açıqladığı tarif planları bazarda dalğalanmalara səbəb olub.