Bitkoin bu ölkəni zənginləşdirdi | Banco.az

Bitkoin bu ölkəni zənginləşdirdi

Bitkonin qiymətindəki artım ən çox Bolqarıstana düşərli olub. 

Bu ölkədə may ayında həyata keçirilən antikorrupsiya əməliyyatları zamanı polis 213 min 519 bitkoini müsadirə etmişdi. Həmin ərəfədə 1 bitkoinin dəyəri 2 min 354 dollar idi. Bitkoinlərin sayını nəzərə alsaq, bu 500 milyon dollar demək idi.

2017-ci il dekabrın 10-dan bitkoinin qiyməti 15.850 dolları keçib. Beləliklə, Bolqarıstan hökuməti xeyli "zənginləşib". Hazırda  Bolqarıstana məxsus bitkoinlərin dəyəri 3,3 milyard dollardır. Bu da Bolqarıstanın qlobal borclanmasının 18 faizi deməkdir.

Ölkənin bitkoinləri satıb-satmayacağı sual doğurur. Onu da qeyd edk ki, 2016-cı ildə Bolqarıstanın ümumi daxili məhsul istehsalı 52,4 milyard dollara bərabər olub. 

Mənbə: Oxu.az