Bitkoin 90 min dollardan ucuzlaşıb | Banco.az

Bitkoin 90 min dollardan ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal bazarlarda risk iştahının azalması və “Bybit”dəki kütləvi oğurluq kriptovalyuta bazarında eniş sürətini sürətləndirib.

Banco.az xəbər verir ki, kriptovalyuta bazarında güclü satış dalğası müşahidə edilir.

Bitkoin 90 min dollar həddindən aşağı düşərək noyabr ayından bəri ən aşağı səviyyəni görüb.

Kriptovalyuta birjası “Bybit”də indiyə qədər qeydə alınan ən böyük kriptovalyuta hücumu və Argentina Prezidenti Xavyer Mileinin adının hallandığı fenomen aktiv qalmaqalı da daxil olmaqla son hadisələr kriptovalyuta bazarındakı investisiya iştahını zəiflədib.

Kripto törəmə məhsulları üçün likvidlik təminatçısı olan “Orbit Markets”in həmtəsisçisi Karolin Mauron, “Bybit-də baş verən xaker hücumu və kriptovalyuta bazarı investorları üçün narahatlıq yaradan fenomen aktiv təqdimatları kimi hadisələr silsiləsinin sonuncusudur” deyə bildirib.

Kriptovalyuta bazarındakı son hadisələrlə birlikdə, ABŞ Prezidenti Donald Trampın seçilməsindən sonra bitkoini yüksəldən rallinin təsirini itirdiyi müşahidə edilib.

Kripto birjası “Independent Reserve”in baş direktoru Adrian Przelozny, “bitkoin qiymətlərindəki enişin son bir neçə gündə əksər maliyyə bazarlarına təsir edən və Prezident Tramp tərəfindən elan edilən müxtəlif tariflərlə bağlı olan geniş makroiqtisadi qeyri-müəyyənliklə əlaqəli olması mümkündür” deyə qeyd edib.

“CoinGlass”ın məlumatlarına görə, törəmə bazarlarda 24 saat ərzində 1,34 milyard dollardan çox uzun mövqe likvidasiya edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram