"Bitcoin"in ucuzlaşmasının əsas SƏBƏBİ | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Bitcoin"in ucuzlaşmasının əsas SƏBƏBİ

Qlobal bazarda "Bitcoin"in kəskin ucuzlaşmasının səbəbi investorların mənfəətlərini reallaşdırmaq istəyi ilə bağlıdır. "Bitcoin"in qiyməti 13 000 dollar səviyyəsinə qədər geriləyə bilər. "RİA Novosti" agentliyinə istinadən xəbər verilir ki, bu açıqlama ilə "Brave New Coin" rəqəmsal valyuta xəbər və araşdırma saytının analitiki Coş Olşeviç (Josh Olszewicz) çıxış edib.

Qeyd edək ki, "Bitcoin" son 5 gün ərzində 35%-ə yaxın ucuzlaşaraq bu gün 12 874 dollara qədər geriləyib. 

"Bu, normal korreksiyadır. Cari səviyyədə korreksiyanın bitməsi gözlənilir", - deyə erkspert bildirib.

Xatırladaq ki, hazırda "Bitcoin"in qiyməti 13 500 dollar təşkil edir. 

Mənbə: Report.az