“Bitcoin”in qiyməti kəskin ucuzlaşıb | Banco.az

“Bitcoin”in qiyməti kəskin ucuzlaşıb

Müəllif:Ayşən İmanova/Banco.az

“Bitcoin”in qiyməti bir dəqiqə ərzində kəskin şəkildə ucuzlaşaraq 90,5 min dollara düşüb, lakin sonradan enişi bərpa edib.

Banco.az xəbər verir ki, bunu “Binance” platformasının məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 02:27-yə olan məlumata görə, kriptovalyuta 97 280 dollar olub.

Növbəti dəqiqədə, Bakı vaxtı ilə saat 02:28-ə olan ticarət məlumatlarına əsasən, “Bitcoin” kəskin şəkildə ucuzlaşaraq 90 500 dollara düşüb.

Lakin saat 03:05-ə olan məlumata görə, kriptovalyuta 95 900 dollar təşkil edib.

Xatırladaq ki, dekabrın 5-də “Bitcoin”in qiyməti 100 min dolları keçərək tarixi maksimumunu yeniləyib. Bakı vaxtı ilə saat 07:08-ə qədər kriptovalyuta 104 088 dollara çataraq yeni tarixi rekorda imza atıb.