BFB-nin dövriyyəsi 19,5 mlrd. manata çatıb | Banco.az

BFB-nin dövriyyəsi 19,5 mlrd. manata çatıb

 Bakı Fond Birjasında 2023-cü ilin yanvar-oktyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 19,452,794,779  manat təşkil etmişdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 86% böyümə qeydə alınmışdır.

Nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 21%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 18% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 195% artım olmuşdur. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 9 dəfəyə yaxın artım qeydə alınmışdır.

2023-cü ilin oktyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası    5,000,904,144 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 22%  böyümə qeydə alınmışdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram