Belarusdan Azərbaycana dörd elektrobus gətiriləcək | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Belarusdan Azərbaycana dörd elektrobus gətiriləcək

Belarusun ictimai elektrikli nəqliyyat istehsalçısı olan "Belkommunmaş" şirkəti Azərbaycana böyük tutumlu elektrobus təchizatına hazırlaşır.

Avtomobillər Gəncə şəhərində bunun üçün xüsusi hazırlanmış marşrut üzrə sınaqdan keçiriləcək.

Gələcəkdə yerli avtomobil zavodunda elektrobusların birgə yığılması istehsalına başlanacaq.

Qeyd edək ki, əməkdaşlıq sazişi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Minsk müəssisəsinə səfəri zamanı imzalanıb.

Renkinq.az