"Bazar payı yüksək olan sığorta sinifləri üzrə zərərlilik dərəcəsi yüksəkdir" | Banco.az

"Bazar payı yüksək olan sığorta sinifləri üzrə zərərlilik dərəcəsi yüksəkdir"

"2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin sonuna avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə zərər əmsalı 1 faiz bndi artsa da, zərərlilik dərəcəsi artmayaraq 103% olub".

Banco.az xəbər verir ki, bu, Mərkəzi Bankın "Maliyyə Sabitliyi" hesabatında qeyd edilib.

Məlumata görə, avtonəqliyyat vasitətələrinin sığortası sinfi üzrə zərər əmsalı 1 faiz bəndi, zərərlilik dərəcəsi isə 7 faiz bəndi artıb: "Zərərlilik dərəcəsinin artmasına xərc əmsalının 6 faiz bəndi artması səbəb olub. Könüllü tibbi sığorta sinfi üzrə isə zərər əmsalı 7 faiz bəndi artsa da, zərərlilik dərəcəsi artmayaraq 106% olub".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram