Bankların xarici öhdəlikləri 216 mln. manat azalıb | Banco.az

Bankların xarici öhdəlikləri 216 mln. manat azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin mayın 1-i tarixinə 2 milyard 369 milyon manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 215.8 mln. manat azalıb. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyi-rezident hüquqi şəxslərin qısamüddətli depozitlərinin həcmindəki azalma ilə əlaqədardır.

Qeyd edək ki, sektorun xarici öhdəlikləri illik müqayisədə isə 2% azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram