Məcmu kapitalın strukturuna birinci (I) dərəcəli və ikinci (II) dərəcəli kapital daxildir. I dərəcəli kapital bankın əsas kapitalı hesab olunur və onun məbləği (aparılan “tutulmalardan” sonra) bankın hesablanmış məcmu kapitalında 50 faizdən az olmamalıdır
I dərəcəli kapitala aşağıdakı komponentlər daxil edilir:
- dövriyyəyə buraxılıb tam ödənilmiş adi səhmlər (bankın geri aldığı adi səhmlər çıxılmaqla);
- dövriyyəyə buraxılıb tam ödənilmiş qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər;
- kapital artıqlığı;
- keçmiş illərin bölüşdürülməmiş xalis mənfəəti;
- bankın konsolidasiya olunmuş törəmə cəmiyyətlərində azlıq təşkil edən səhmdarların (payçıların) kapitalı.
Bəs 2018-ci ilin ikinci rübündə bankların I dərəcəli kapitalı nə qədər təşkil edir?
|
Banklar |
I dərəcəli kapital (min manatla) |
|
Azərbaycan Beynəlxalq Bank |
634 771 |
|
Paşa Bank |
326 251 |
|
Xalq Bank |
241 673 |
|
Kapital Bank |
191 266 |
|
AzərTürkBank |
187 621 |
|
Express Bank |
136 801 |
|
AtaBank |
134 879 |
|
Bank Silkway |
104 132 |
|
Rabitəbank |
79 113 |
|
ASB bank |
79 013 |
|
Naxçıvan Bank |
71 672 |
|
Muğan Bank |
61 889 |
|
AFB bank |
61 520 |
|
Ziraat Bank |
61 109 |
|
YapıKrediBank |
61 099 |
|
Günay Bank |
58 926 |
|
Bank Avrasiya |
57 300 |
|
Bank Melli İran |
56 757 |
|
NBC Bank |
54 329 |
|
TuranBank |
53 811 |
|
Bank VTB |
52 789 |
|
Bank BTB |
52 082 |
|
Nikoil Bank |
44 931 |
|
Unibank |
41 461 |
|
AG Bank |
34 304 |
|
Bank Respublika |
28 358 |
|
Amrah Bank |
17 381 |
|
Accessbank |
14 048 |
|
Bank of Baku |
13 213 |
|
Pakistan milli bankı |
1 009 |
Xəzər Aslanov, banco.az
