Banklar "X" şirkətinin borcunun 3 milyard dollarını satmağa hazırlaşır | Banco.az

Banklar "X" şirkətinin borcunun 3 milyard dollarını satmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Banklar İlon Maskın “Twitter” kimi tanınan “X” platformasını almasından yaranan borcları satmağı planlaşdırır.

Banco.az xəbər verir ki, “Morgan Stanley”in rəhbərlik etdiyi bir qrup bank İlon Maskın əvvəllər “Twitter” kimi tanınan sosial media platforması “X”i satın alması ilə əlaqədar yaranan 3 milyard dollarlıq borcu satmağa hazırlaşır.

Məsələ ilə tanış olan şəxslər bildiriblər ki, banklar dollar başına 90-95 sent aralığında endirimli qiymətlərlə ən azı 250 milyon dollarlıq hissələri satın almaq istəyən kiçik bir investor qrupu ilə əlaqə saxlayıb. Satışın gələn həftə başlaya biləcəyi qeyd olunub.

Qeyd edək ki, “Bank of America”, “Barclays” və “Mitsubishi UFJ Financial Group” daxil olmaqla, yeddi bank 2022-ci ildə Maskın “Twitter”i satın almasını maliyyələşdirmək üçün razılıq vermişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram