Banklar kredit faizlərindən 3 mlrd. manata yaxın gəlir əldə ediblər | Banco.az

Banklar kredit faizlərindən 3 mlrd. manata yaxın gəlir əldə ediblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bankları 2025-ci ilin yanvar-sentyabr aylarında müştərilərə verilmiş kreditlərdən 2 milyard 887 milyon manat faiz gəlirləri əldə ediblər.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 654.3 milyon manat və ya 29,3% çoxdur.

Banklar 2024-cü ilin eyni aylarında 2 milyard 232.7 milyon manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.

İlk 9 ayda (yanvar-sentyabr ayları) bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri illik müqayisədə 783.4 milyon manat (27,2%) artaraq 3 milyard 667 milyon manata yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram