Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin dekabr ayının 1-i tarixinə cəlb etdikləri depozitlər üzrə ödədikləri faizlər 1 milyard 164.2 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 350.8 milyon manat (43.1%) çoxdur.
Xatırladaq ki, 2024-cü ilin eyni dövründə banklar 813.4 milyon manatlıq depozit faizləri ödəyiblər.
Hesabat dövrü ərzində bankların faiz və onlarla bağlı xərcləri isə 1 milyard 676.2 milyon manat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
