Bank Respublika-nın ipoteka kreditləri portfeli 13% artıb | Banco.az

Bank Respublika-nın ipoteka kreditləri portfeli 13% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bank Respublika-nın kredit portfeli cari ilin 30 sentyabr 2025-ci il tarixinə 1 milyard 577 milyon 151 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 105 milyon 265 min manat və ya 7,2% artıb.

Hesabat dövründə bankın istehlak kreditləri portfeli 342 milyon 514 min manat, biznes kreditləri portfeli 1 milyard 69 milyon 567 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 165 milyon 70 min manat təşkil edib. 

Bunlar 2024-cü ilin sonu ilə müqayisədə müvafiq olaraq 30 milyon 247 min manat və ya 9,7%, 56 milyon 206 min manat və ya 5,5%, 18 milyon 811 min manat və ya 12,9% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram