Müəllif: Gülnar Əhmədli, Banco.az
Bank Melli İran-ın Bakı filialı cari ilin birinci yarısında 3 milyon 225 min manat xalis mənfəət əldə edib. Bu, illik müqayisədə 212 min manat və ya 6,2% azdır. 2024-cü ilin eyni dövründə bankın mənfəəti 3 milyon 436 min manat təşkil edib.
Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, Bank Melli İran-ın cari ilin 1 iyul tarixinə aktivləri 123 milyon 768 min manat təşkil edib.
Bankın aktivləri 2025-ci ilin yanvarın əvvəli ilə müqayisədə 4 milyon 662 min manat və ya 3,9% artıb.
Qeyd edək ki, 2024-cü ilin 31 dekabr tarixində Bank Melli İran-ın aktivlərinin həcmi isə 119 milyon 106 min manata bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!