Banklar bu ilin 9 ayı ərzində 7 filial artıraraq sayı 515-ə çatdırıb. Buna baxmayaraq şöbələrin sayı ilin əvvəlinə nisbətən 1-i azalıb. Şöbələrin sayında o qədər ciddi dəyişiklik olmadığından artan filial sayı işçi heyətinin artmasına səbəb olub. 7 filialın artması ilə 1323 nəfər işə götürülüb. Filialların sayının 1.4% artması işçilərin sayını 7.5% artırıb. BUna baxmayaraq, yaz aylarında heç bir çöbə və filialda dəyişiklik olmasa da, yenə də işçilərdə artım olub. Bu aylar ərzində ən çox artım yay aylarında olub. İşə götürülənlərin 1/3 hissəsi təkcə iyul və avqust aylarına təsadüf edir. Ən az işə qəbul sayı isə 66 nəfərlə mart ayında olub. Ümumilikdə sentyabr ayında bank işçilərinin sayı 18911 nəfərə çatıb.
Aylar |
İşçilərin sayı |
Filialların sayı | Şöbələrin sayı |
Yanvar |
17588 |
508 | 130 |
Fevral |
17683 |
509 | 130 |
Mart |
17749 |
512 | 129 |
Aprel |
17982 |
512 | 128 |
May |
18191 |
512 | 129 |
İyun |
18288 |
513 | 129 |
İyul |
18434 |
514 | 128 |
Avqust |
18711 |
514 | 129 |
Sentyabr |
18911 |
515 | 129 |
Tərlan Qəhrəmanova, Banco.az