Bank “BTB”-nin II-ci rüb üzrə maliyyə göstəriciləri açıqlanıb, müsbət dinamika davam etməkdədir. Beləliklə, bankın əməliyyat mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5% artaraq 2.6 mln manata çatmışdır. Bankın xalis faiz gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.3% artaraq 6.6 milyon manat, qeyri-faiz gəlirləri 29.7% artaraq 3.3 milyon manat təşkil etmişdir.
Bankın 6 ay üzrə xalis mənfəəti isə 1.1 milyon manatı ötmüşdür. Hesabat dövrü ərzində gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişiklikləri nəzərə alaraq 2.8 milyon manat xərc yaranmışdır.
2025-ci il II rüb ərzində Bank “BTB” ASC 3 milyon manat məbləğində kapital artımını uğurla həyata keçirmişdir.
Bank İpoteka kreditləri üzrə mövqeyini qoruyur və aparıcı banklardan biri olaraq 2025 –ci ilin 6 ayı ərzində 7.0 milyon manat məbləğində 68 vətəndaşa Adi və Güzəştli ipoteka krediti rəsmiləşdirilmişdir. MİDA tərəfindən layihə üzrə hər – hansı bir satış olmadığı üçün bank tərəfindən bu məhsul üzrə rəsmiləşdirmə olmamışdır.
2025-ci ilin II-ci rübünün sonuna Bankın məcmu kapitalı 52.3 milyon manat təşkil etmişdir, bu da Mərkəzi Bankın minimum tələbindən (50 milyon manat) yüksəkdir. Məcmu kapitalın adekvatlıq göstəricisi 22 % təşkil etməklə, Mərkəzi Bankın minimum tələbini (10%) əhəmiyyətli dərəcədə üstələyir.
Bankın ani likvidlik əmsalı isə 185% təşkil edir, bu da Mərkəzi Bankın minimum tələbindən 6 dəfə artıqdır (Mərkəzi Bankın minimum tələbi - 30%).
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Bankın təqdim etdiyi məhsul, xidmət və kampaniyalar barədə məlumat almaq istəyən şəxslər onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 4400946 WhatsApp nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.