Bakıda pensiyaçıların sayı nə qədərdir? | Banco.az

Bakıda pensiyaçıların sayı nə qədərdir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü il aprelin 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1100,5 min nəfər pensiyaçı qeydiyyatda olub.

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ölkə əhalisinin 10,8 faizini təşkil edir.

Məlumata görə, onların 64,4 faizi yaşa, 23,1 faizi əlilliyə, 12,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Bu dövrdə pensiyaçıların sayı Bakı şəhəri üzrə 389047 nəfər olub. 

İqtisadi rayonlar üzrə pensiyaçıların sayı isə belə olub:

İqtisadi rayonlar

Pensiyaçıların sayı (nəfər)

Naxçıvan Muxtar Respublikası

46542

Abşeron-Xızı iqtisadi rayonu

56224

Dağlıq Şirvan iqtisadi rayonu

30985

Gəncə-Daşkəsən iqtisadi rayonu

59617

Qarabağ iqtisadi rayonu

62644

Qazax-Tovuz iqtisadi rayonu

65148

Quba-Xaçmaz iqtisadi rayonu

47923

Lənkəran-Astara iqtisadi rayonu

85616

Mərkəzi Aran iqtisadi rayonu

71832

Mil-Muğan iqtisadi rayonu

47617

Şəki-Zaqatala iqtisadi rayonu

65487

Şərqi Zəngəzur iqtisadi rayonu

26691

Şirvan-Salyan iqtisadi rayonu

45140

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram