Bakıda orta aylıq əməkhaqqı 8%-dən çox artıb | Banco.az

Bakıda orta aylıq əməkhaqqı 8%-dən çox artıb

2025-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,5 faiz artaraq 1357,5 manat olub.

Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

    Xatırladaq ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1086,3 manat təşkil edib.