Bu ilin yanvar-may aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 750,3 milyon manat təşkil edib.
Bu barədə Bakı Şəhər Statistika İdarəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% çoxdur.
Dövr ərzində hüquqi şəxslərin ictimai iaşə dövriyyəsi 399,6 milyon manat olub ki, bu da ümumi dövriyyənin 53,3%-ni təşkil edib.