“Bakı Metropoliteni”ndən gediş haqlarının artırılması ilə bağlı açıqlama | Banco.az

“Bakı Metropoliteni”ndən gediş haqlarının artırılması ilə bağlı açıqlama

"Bakı Metropoliteni" QSC-nin gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin yaydığı açıqlamada bildirilib.

    "Metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb" - deyə QSC vurğulayıb.

    Ən sərfəli kredit üçün müraciət et

    Qeyd edək ki, bu gün mediada metroda gedişhaqqının 55 qəpik olacağı ilə bağlı məlumatlar yayılıb.

    Xatırladaq ki, sonuncu dəfə ötən il iyunun 30-da ictimai nəqliyyatda, o cümlədən metroda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər 40 qəpikdən 50 qəpiyə qaldırılıb.

    apa