“Azərkosmos”un yığılmış zərəri 380 milyon manata çatıb | Banco.az

“Azərkosmos”un yığılmış zərəri 380 milyon manata çatıb

Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) 2024-cü ili 32 milyon 250 min manat  zərər ilə başa vurub. 2023-cü ildə zərəri 54 milyon 454 min manat olub ki, bu da illik müqayisədə zərərin 41% azalması deməkdir.

Banco.az bu barədə Agentliyin maliyyə hesabatına istinadən xəbər verir.

2024-cü ildə “Azərkosmos”un əsas əməliyyat gəlirləri 3 milyon 488 min manat və ya 8.5% azalaraq 37 milyon 693 min manat olub.

31 dekabr 2024-cü il tarixinə “Azərkosmos”un yığılmış zərəri 347 milyon 324 min manatdan 379 milyon 574 min manata çatıb.