Azərbaycanlı bankirin Almaniya şirkətinə direktor təyin edildiyi bildirilir | Banco.az

Azərbaycanlı bankirin Almaniya şirkətinə direktor təyin edildiyi bildirilir

"Azərbaycan Beynəlxalq Bank" ASC-nin (ABB) İdarə Heyətinin (İH) sədr müavini Murad Şirəliyev işdən çıxıb.

Məlumata görə, M. Şirəliyev 2018-ci ilin dekabr aynda işdən ayrılmaqla bağlı ərizə yazıb. 

Onun Almaniya şirkəti olan “Solaris GmbH”də direktor vəzifəsinə təyinat aldığı bildirilir.

Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin oğlu olan Murad Şirəliyev 3 il 6 ay - 2015-ci ilin iyul ayından 2018-ci ilin dekabr ayına qədər ABB-nin İH-nin sədr müavini olub. 

Report.az