Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 43 milyard 520 milyon ABŞ dollarına çatıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6% azdır.
Son 1 ildə Azərbaycanın ixracı 15,4% azalaraq 29 milyard 345 milyon ABŞ dollarına enib, idxalı isə 22,3% artaraq 14 milyard 174 milyon ABŞ dollarına çatıb.
Nəticədə xarici ticarətdə 15 milyard 171 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 34,4% az olub.
Bizi sosial şəbəkələrdən izləyin!!