Müəllif: Gülnar Əhmədli, Banco.az
Türkiyə bu ilin yanvar-mart aylarında Azərbaycandan 11 milyon 979 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 49 milyon 811 min dollar və ya 80,6% azdır.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Türkiyənin idxal etdiyi neftin həcmi 24 min 20 ton olub. Bu isə illik müqayisədə 90 min ton və ya 78,9% azdır.
Qeyd edək ki, bu ilin ilk rübündə İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə Çexiya, üçüncü isə Almaniya olub.
Bizi sosial şəbəkələrdən izləyin!!