Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 27 milyon 843 min ABŞ dolları dəyərində 15 min 725 ton süd və qaymaq idxal olunub.
Banco.az Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə idxal edilən süd və qaymağın miqdarı 1 638 ton və ya 11,6%, dəyəri isə 5 milyon 40 min dollar və ya 22,1% artıb.
Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 22 milyon 803 min dollar dəyərində 14 min 87 ton süd və qaymaq idxal edilib.
Qeyd edək ki, hesabat dövründə süd və qaymaq idxalı Azərbaycanın ümumi idxalının 0,13%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
