2023-cü ildə tədiyə balansının başlıca komponenti olan xarici ticarət balansı profisitli olub.
Banco.az xəbər verir ki, bu Mərkəzi Bankın "Pul siyasətinin əsas istiqamətləri" hesabatında qeyd edilib.
Hesabata görə, ilin 11 ayında xarici ticarət balansında 15.7 mlrd. ABŞ dolları məbləğində müsbət saldo yaranıb. "2023-cü ilin 9 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 6.7 mlrd. ABŞ dolları və ya ümumi daxili məhsulun (ÜDM) 12.5%-i səviyyəsində olub.
Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 2023-cü ilin 11 ayında 16.6% artaraq 68.2 mlrd. ABŞ dollarına çatıb. 2023-cü ildə ölkədə iqtisadi artım davam edib. 2023-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ÜDM real ifadədə 0.8%, o cümlədən qeyri neft-qaz sektoru üzrə 3.2% artıb".
Bizi sosial şəbəkələrdən izləyin!!