Azərbaycanın sığorta bazarı 7% böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 7% böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-mart aylarında 399 milyon 83 min manat sığorta haqqı yığılıb.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 25 milyon 943 min manat və ya 7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 164 milyon 29 min manata bərabər olub. Bu da illik müqayisədə 10 milyon 702 min manat və ya 7% artım deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram