Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi nə qədər olub? | Banco.az

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi nə qədər olub?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-aprel aylarında Azərbaycan MDB ölkələrinə 485 milyon 244 min dollarlıq məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 20 milyon 991 min ABŞ dolları (4,5%) çoxdur. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə MDB ölkələrindən idxal isə 2 milyard 196 milyon 368 min ABŞ dolları dəyərində olub. 

Bu isə 2024-cü ilin ilk 4 ayına nisbətdə 743 milyon 86 min dollar və ya 51,1% çoxdur. 

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın MDB ölkələrinə ixracının dəyəri 464,3 milyon ABŞ dolları, idxalının dəyəri isə 1 milyard 453 milyon ABŞ dollarına bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram