Azərbaycanın ixracı azalıb, idxalı artıb | Banco.az

Azərbaycanın ixracı azalıb, idxalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 20 milyard 966 milyon ABŞ dolları olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyard 527 milyon dollar və ya 13,7% çoxdur.   

Son 1 ildə Azərbaycanın ixracı 1,2% azalaraq 11 milyard 1 milyon ABŞ dollarına, idxalı isə 36,5% artaraq 9 milyard 964 milyon ABŞ dollarına yüksəlib.

Nəticədə xarici ticarətdə 1 milyard 36 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,7 dəfə az olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram