Bu ilin yanvar ayında dövlət qurumlarına 131 kiberhücum indikatoru (IOC) müəyyən edilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatlarına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.
Kibertəhdidlərin 110-u daxili araşdırma, 23-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
