Azərbaycanın aparıcı holdinqi kredit təşkilatı alıb | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycanın aparıcı holdinqi kredit təşkilatı alıb

2013-cü ildən fəaliyyət göstərən “City Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçisi dəyişib.

BOKT-un müvafiq olaraq 66,7%-lik və 33,3%-lik təsisçiləri Ramiz Eyvazov və Vüqar Dəmirov paylarını “AGA Group”a satıblar.

Alqı-satqıdan sonra maliyyə qurumunun yeni təsisçisi onun nizamnamə kapitalını 625 min manat və yaxud 1,67 dəfə artıraraq 375 min manatdan 1 milyon manata çatdırıb.

Xatırladaq ki, “AGA Group” 1994-cü ildən fəaliyyət göstərir. Bakıdakı “Caspian Plaza”, “Caspian Business Center”, “Demirchi Tower”, “AGA Center”, “Ariana Business Park”, “Start Co-Working” kimi əmlaklar, “Ferrum Kapital” və “Caspian Audit” MMC-lər, “Da Vinci” və “Caspian Palace” otelləri, “Bravo Online Systems” informasiya texnologiyaları şirkəti, "Monte Ferro" aqroparkı adı çəkilən holdinqə daxildir. 

Report.az