Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsi azalıb | Banco.az

Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-oktyabr Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 1 milyard 236 milyon 804 min dollar dəyərində olub. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 50 milyon 477 min dollar və ya 3,9% azdır.

Hesabat dövründə Azərbaycandan Almaniyaya 535 milyon 414 min dollarlıq (11.2% az) mal ixrac edilib, bu ölkədən idxal isə 701 milyon 390 min dollar (2.5% çox) dəyərində olub. 

Qeyd edək ki, Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsinin ümumi dövriyyədəki payı 3.03% təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram