Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında Ukraynaya 3 milyon 951 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 milyon 128 min dollar və ya 35% azdır. 2024-cü ilin yanvar-sentyabr aylarında bu məbləğ 6 milyon 79 min dollara bərabər olub.
Qeyd edək ki, ilk 9 ayda Azərbaycandan Ukraynaya fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 1,1% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
