Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Rusiyaya kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 34 milyon 289 min ABŞ dolları təşkil edib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrü illə müqayisədə 22,6 % azdır.
Hesabat dövründə Azərbaycandan Rusiyaya daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 10,8 %-dən 9,5 %-ə düşüb.
9 ay ərzində Rusiyadan Azərbaycana isə fiziki şəxslər 343 milyon 888 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % azdır.
Hesabat dövründə Rusiyadan Azərbaycana daxil olan pul baratlarıın ümumi pul köçürmələrində payı isə 48,4 %-dən 40,5 %-a düşüb.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 849,9 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 361,4 milyon pul köçürülüb. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2 % çox və 11,5 % azdır.
