Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ilin birinci rübündə Qazaxıstana 1 milyon 269 min dollar pul baratları göndərilib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 439 min dollar və ya 53,1% azdır. 2024-cü ilin yanvar-mart aylarında bu məbləğ 2 milyon 708 min dollara bərabər olub.
Qeyd edək ki, birinci rübdə Azərbaycandan Qazaxıstana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 1,1% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!