Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb | Banco.az

Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

Ötən il Azərbaycandan Gürcüstana 72 793 nəfər səfər edib.

    Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasından bildirilib.

    İllik müqayisədə ziyarətçilərin sayında 33,2% artım qeydə alınıb.

    2025-ci ildə Gürcüstan 7,8 milyon nəfər beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 5,9% çoxdur. Turist səfərlərinin sayı isə 2024-cü illə müqayisədə 8,4% artaraq 5,5 milyona çatıb.

    APA