Ötən ay Azərbaycandan Gürcüstana pul köçürmələrinin məbləği 3,57 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gürcüstanın Milli Bankının hesabatında bildirilib.
Bu göstərici aylıq müqayisədə 5% artıb, ötən ilin eyni dövrünə nisbətdə isə 9,57% azalıb.
Oktyabrda xaricdən Gürcüstana ümumi pul köçürmələrində Azərbaycanın payı 1,12%-ə bərabər olub.
Gürcüstandan Azərbaycana isə 6,95 milyon ABŞ dolları göndərilib ki, bu da illik müqayisədə 49,4% çoxdur.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan Gürcüstana 33,7 milyon ABŞ dolları, əks istiqamətdə isə 53,2 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib.
