Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı kredit ittifaqları 2024-cü ili 0,08 milyon manat xalis mənfəətlə başa vurub.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, kredit ittifaqları 2023-cü ili isə xalis zərərlə (0,25 milyon manat) başa vurmuşdu.
Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 12,6 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,1% azdır.
Qeyd edək ki, hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 20% azalaraq 2,8 milyon manata enib, balans kapitalı isə 3,2% artaraq 9,8 milyon manata yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!